"Zivella"nın London mağazası açıldı (FOTO)


Digərləri 20 Yan 2020 13:54:21 148 0

"Zivella"nın London mağazası açıldı (FOTO)

Azərbaycandan sonra xaricdə ikinci mağazasını İngiltərədə açan Zivella böyüməkdə davam edir.

Bakı. Azərbaycandan sonra xaricdə ikinci mağazasını İngiltərədə açan "Zivella" böyüməkdə davam edir. "Zivella" London mağazasında gözləmə sahələri başda olmaqla yeni nəsil iş mühiti üçün həllər təqdim edir. Yeni nəsil iş mühiti, gözləmə sahələri və məkanların dəyişən ehtiyaclarına uyğun həllər təqdim edən "Zivella" xarici yatırımlarına davam edir. Bakı mağazası və dünyanın müxtəlif ölkələrindəki (BƏƏ, Belçika, Fas, Niderland, İsveç, Lüksemburq, Misir, Səudiyyə Ərəbistanı) təmsilçiliklərinə London mağazasını da əlavə edən "Zivella" 400 kvadratmetr sahədə fərqli sektorlara yönəlik dizaynlarını ziyarətçiləri ilə görüşdürür. Londonda açdıqları mağaza və xarici yatırımları ilə əlaqədar olaraq "Zivella" İdarə Heyətinin Sədri Abdurrahman Uzun “Ölkə daxilində Ankara, Antaliya, İstanbul, Konya və Rizədə, ölkə xaricində isə Bakıda yer alan mağazalarımız xaricdə səkkiz ölkədə olan təmsilçiliklərimiz vasitəsilə dizaynlarımzı müştərilərimizlə görüşdürürük. 2020-ci il hədəflərimiz içərisində London mağazamızı açmaq var idi. Bu hədəfimizi həyata keçirmək bizi məmnun edir. 2020-ci ildə ixracatı 40% artırmağı və 2021-ci ildə xaricdəki mağazalarımıza daha birini əlavə etməyi hədəfləyirik” - dedi. Ətraflı məlumat: www.zivella.com