Bakıda restoranın parkinqində insident: müştəri döyülüb, avtomobili əlindən alınıb


Sosial 20 Yan 2020 13:45:49 114 0

Bakıda restoranın parkinqində insident: müştəri döyülüb, avtomobili əlindən alınıb

​Bakıda məşhur restoranın parkinqində insident olub

Bakıda məşhur restoranın parkinqində insident olub.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “Cratos” restoranının yeraltı dayanacağında qeydə alınıb.

Məlumata görə,Y.Xəlilov adlı şəxs həmin restoranın parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.