Şirvanda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO


Sosial 20 Yan 2020 13:03:02 369 0

Şirvanda 20 Yanvar faciəsinin qurbanları yad edilib - VİDEO

Qanlı Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi, Şirvan sakinlərinin də yaddaşına hüzn və matəm günü kimi həkk olunub

Qanlı 20 Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi, Şirvan sakinlərinin də yaddaşına hüzn və matəm günü kimi həkk olunub. Şirvanlılar rus-erməni hərbi birləşmələrinin 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə xaincəsinə Bakıda törətdikləri vəhşilikləri zaman keçsə də, unutmurlar.

"Report"un Aran bürosu xəbər verir ki,20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, şura üzvlərinin, ictimai-siyasi təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Şəhidlər Xiyabanı" ziyarət edildi, "Əbədi məşəl abidəsi" önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyularaq, şəhidlərin ruhuna dualar oxundu. Daha sonra tədbir "20 Yanvar abidəsi" önündə davam etdirildi.. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, abidə önünə gül dəstələri qoyuldu. Ziyalılar, müharibə və əmək veteranları Azərbaycanda yaranmış xaotik vəziyyətdən istifadə edib Bakıda, respublikanın ayrı-ayrı bölgələrində günahsız insanları qanına qəltan edən rus-erməni hərbi birləşmələrinin ünvanına lənətlər yağdırdılar.

Saat 12:00- da, isə respublikanın hər yerində olduğu kimi Şirvanda da, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib