İsmayıllıda mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var - VİDEO


Sosial 20 Yan 2020 12:55:24 137 0

İsmayıllıda mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var - VİDEO

​İsmayıllı da mikroavtobusun qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Video əlavə edilib.

*** 10:31İsmayıllı da mikroavtobusun qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-İsmayıllı avtomobil yolunda Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.

Belə ki,Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ-21099" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "VAZ-21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Malik Neyman oğluKərimovhadisə yerində ölüb.

Qəza zamanı7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.