Millimiz “Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb


Digərləri 20 Yan 2020 12:58:40 110 0

Millimiz “Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb

Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.

Bakı. Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib. Trend-in məlumatına görə, yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib. Komandamız "Qran-pri"də uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.