Astarada 20 Yanvar faciəsinə həsr olunan ümumrayon tədbiri keçirilib - FOTO


Sosial 20 Yan 2020 12:44:45 134 0

Astarada 20 Yanvar faciəsinə həsr olunan ümumrayon tədbiri keçirilib - FOTO

Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilmiş, şəhidlərin ruhuna dua oxunub.

Astara rayonunda 20 Yanvar faciəsinə həsrolunmuş ümumrayon tədbiri keçirilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə tədbirdə 20 Yanvar faciəsi barədə məlumat verilərək bidririlib ki, çağdaş Azərbaycan tarixinin ən dəhşətli məqamlarından biri olan qanlı yanvar faciəsindən 30 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 min nəfərlik imperiya ordusu ölkənin paytaxtı Bakı şəhərinə soxularaq heç bir xəbərdarlıq etmədən, azadlıq mübarizəsinə qalxmış dinc əhalini gülləbaran ediblər.

Mixail Qorbaçov başda olmaqla sovet imperiya rəhbərliyi Bakıda erməni kartından məharətlə istifadə edərək “Udar” əməliyyatı adı ilə həyata keçirilən o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirildi, 800-ə qədər adam yaralandı. Həmin dəhşətli qanlı terror gecəsində şəhid olanlar arasında körpə də, qoca da, cavan da, fəhlə də, həkim də, alim də var idi. Cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına belə rəhm etmədilər. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, evlərində belə qətlə yetirildi, yaralıları aparmağa gələn təcili yardım maşınları gülləyə tuş gəldi. Şəhid olanlar arasında Qarabağ müharibəsində 83 nəfər şəhid verən Astaradan da iki nəfər var idi. Çingiz Mirzəhüseyn oğlu Əliyev və Novruz Faiq oğlu Əsgərov şəhidlər xiyabanında uyuyurlar.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilmiş, şəhidlərin ruhuna dua oxunub.

Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra rayon rəhbərliyi tərəfindən Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək