Gürcüstan Azərbaycandan idxalı azaldıb


İqtisadiyyat 20 Yan 2020 11:28:20 127 0

Gürcüstan Azərbaycandan idxalı azaldıb

2019-cu ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 559,13 milyon ABŞ dolları olan məhsul idxal edib

2019-cu ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 559,13 milyon ABŞ dollarıolan məhsul idxal edib.

“Report”un Gürcüsan bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika İdarəsinin illik hesabatında bildirilir.

2018-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 5,7% azalma qeydə alınıb.

Azərbaycan Gürcüstanın ümumi idxalında 6,2% paya sahib olmaqla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.