"Anam bizi çarpayının altında gizlətmişdi"


Şou-biznes 20 Yan 2020 11:16:00 155 0

"Anam bizi çarpayının altında gizlətmişdi"

Bu gecəni ölənə kimii unuda bilmərəm. 12 yaşım var idi. Anam bizi çarpayının altında gizlətmişdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı paylaşım edərək yazıb. O bildirib ki, həmin gecə xəsarət alanlar arasında müğənni Aysel Əlizadənin atası da olub:

"Sahib dayını ayağından yaralamışdılar. Şükür ki, yaşadı. Amma o gecənin səhərini Bakımız qanla açdı".

Qeyd edək ki, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda 171 nəfər qətlə yetirilib, 800 insan ağır xəsarət alıb.