Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır"


Siyasət 20 Yan 2020 10:45:14 128 0

Məzahir Pənahov: "MSK-ya daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır"

"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisəolunmaz dərəcədə azdır"

"Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərləmüqayisəolunmaz dərəcədə azdır".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSKistəsə də Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələKomissiyanın iclasına çıxa bilməz:

“Hətta həmin şikayət xarakterli müraciətlər dədaxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni,bu ilki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".

Sədr deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.

“Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - sədr əlavə edib.