ABŞda konsertdə silahlı insident:


Dünya 20 Yan 2020 10:43:00 132 0

ABŞda konsertdə silahlı insident:

Texasdakı gecə klublarının birində keçirilən konsert zamanı açılan atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Son.az APA-ya istinadla xəbər verir ki, hadisə bazar günü axşam saatlarında San-Antonio şəhərindəki "Ventura" klubunda baş verib.

"Klubda bir qrup şəxs arasında mübahisə düşdü. Bir nəfər silah çıxarıb, atəş açmağa başladı", - deyə şəhərin polisinin başçısı Uilyam MakManus bildirib.

O qeyd edib ki, hadisə nəticəsində bir nəfər yerində ölüb, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Atışma nəticəsində ölən və yaralananların hamısı klubun daimi müştəriləri olub.