Ölümlü virus daha bir ölkəyə yayıldı


Dünya 20 Yan 2020 10:10:00 115 0

Ölümlü virus daha bir ölkəyə yayıldı

Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.