Qəbizliyə qarşı ilanbalıqlarını diridiri uddu,


Dünya 20 Yan 2020 09:27:00 156 0

Qəbizliyə qarşı ilanbalıqlarını diridiri uddu,

Qəbizlikdən əziyyət çəkən Çinin Nankin şəhərinin sakini diri-diri iki ilanbalığını udub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə həmin şəxs xəstəxanaya düşüb.

Çinin xalq təbabətinə inanaraq, 50 santimetr uzunluqda diri ilanbalıqlarını udan adam xroniki qəbzlikdən və prostatitdən qurtulmaq ümidində imiş.

Bir gün sonra o, qarnında kəskin ağrılar səbəbindən xəstəxanaya müraciət edib.

Xəstənin rentgenini çəkən həkimlər onun qarnında iki ilanbalığının skeletini müşahidə ediblər.