Özbəkistanın energetika sahəsinə 1,6 milyard dollar xarici sərmayə qoyulacaq


Dünya 20 Yan 2020 09:00:00 118 0

Özbəkistanın energetika sahəsinə 1,6 milyard dollar xarici sərmayə qoyulacaq

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və "Mubadala" şirkətləri Özbəkistanın Nəvai vilayətində 400 МВт gücündə külək elektrik stansiyasının tikintisinə 600 milyon dollar sərmayə qoyacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistanın Xarici Ticarət və İnvestisiyalar Nazirliyi ilə "Masdar" və "Mubadala" şirkətləri arasında saziş imzalanıb. Sazişə əsasən, bu şirkətlər külək elektrik stansiyasının layihəsini, maliyyələşməsini, tikintisini və işə salınmasını öz üzərinə götürüb. Bildirilib ki, işlər bu ilin üçüncü rübündə başlayacaq və 2022-ci ildə başa çatacaq.

"Mubadala" şirkəti ayrılıqda Talimarcan İstilik Elektrik Stansiyasının bazasında yeni enerji bloklarının özəlləşdirilməsinə və yenilərinin tikilməsinə 1 milyard dollar sərmayə qoyacaq.