Yunanıstanda atışma nəticəsində 2 nəfər ölüb


Dünya 20 Yan 2020 08:06:00 109 0

Yunanıstanda atışma nəticəsində 2 nəfər ölüb

Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gələnlərə atəş açıblar.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə Afinanın cənubunda yerləşən "Voskopula" tavernasında baş verib.

Öldürülənlərdən biri Sloveniya, digəri Monteneqro vətəndaşıdır.