Ötən il Gürcüstanda avtomobil yanacağının qiyməti bahalaşıb


Dünya 20 Yan 2020 07:44:00 122 0

Ötən il Gürcüstanda avtomobil yanacağının qiyməti bahalaşıb

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Neft İdxalatçıları İttifaqı məlumat yayıb.

Məlumatda deyilir ki, 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından asılı olaraq 8 tetridən 16 tetriyədək bahalanıb.

Dizel yanacağının qiyməti isə 16 tetridən 29 tetriyədək bahalanıb.

Hazırda Gürcüstanda yanacaq doldurma məntəqələrində əla markalı (A-98) benzinin bir litri 2,68-2,78 lari (90-95 ABŞ senti), premium (A-95) markalı benzin 2,59-2,65 lari, requlyar markalı (A-92) benzin isə 2,45-2,57 lariyə satılır. Avro dizelin bir litri 2,66-2,79 lariyə, adi dizel yanacağı isə 2,69-2,71 lariyədir.