Kərbəlada ürəkdamar cərrahı işləyən azərbaycanlı həkim Uğur hekayəsi FOTO


Digərləri 20 Yan 2020 05:30:00 72 0

Kərbəlada ürəkdamar cərrahı işləyən azərbaycanlı həkim  Uğur hekayəsi  FOTO

Yusif Əbdülov: "Ürəyin döyüntülərini ilk dəfə əllərimin arasında hiss edəndə az qala həyəcandan öləcəkdim"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həkimlik uşaqlıq arzusu olmasa da, işləməyə başladıqdan sonra bu sahəni sevib. Tibb üzrə ikinci təhsilini Türkiyədə aldıqdan və bir müddət orada çalışdıqdan sonra İraqda işləməyə başlayıb. Deyir ki, İraqda işləmək ona böyük təcrübə qazandırıb. Gələcək üçün hədəfləri isə tamam başqadır.

"Uğur hekayəsi" rubrikamızın qonağı hazırda İraqın Kərbəla şəhərində Əl-Kəfil xəstəxanasında ürək-damar cərrahı işləyən Yusif Əbdülovdur.   Qeyd edək ki, Y.Əbdülov 1986-cı ildə İsmayıllıda anadan olub. Orta təhsilini orada aldıqdan sonra ali məktəbə qəbul olaraq Bakıya köçür. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində pediatriya fakültəsində oxuyub. 2012-2017 Türkiyənin Ege Universitetində ürək-damar cərrahlığı üzrə təhsil alıb. Cərrahiyyə və tibbi ixtisası üzrə 10 illik iş təcrübəsi var. 200-dən çox açıq ürək əməliyyatlarında baş cərrah, 450-dən çox açıq ürək əməliyyatların da isə ikinci dərəcəli cərrah olaraq iştirak edib. 400-dən çox periferik damar əməliyyatını baş cərrah kimi, 200-dən çoxunu isə baş asistant kimi həyata keçirib.   - Sosial media paylaşımlarınızdan hiss olunur ki, işinizi çox sevirsiniz. Peşənizə olan bu sevgi uşaqlıqdan var idi, ya işlədikdən sonra yarandı?

- Düzü, uşaqlıqda hansı peşəni istəməyimin bir əhəmiyyəti yox idi. Bu, o dövr üçün bir çox ailələrdə rast gəlinən situasiyadır. Valideynlər uşaqları yönləndirir, peşə seçimində öz qərarlarının düzgün olduğunu düşünürlər. Bizdə də anam həkim olmağımı istəyirdi. Evdəkilərin seçimimə təsiri ilk mərhələdir, növbəti mərhələ mühitin təsiridir. Yəni həkimə olan hörmət, peşənin sanballılığını, ağırlığını filan nəzərə alaraq bir də gördüm ki, Tibb Universitetinə hazırlaşıram. Tam olaraq sevginin yaranması isə iş həyatında atdığım ilk addımlarla başladı. İşlədikdən, insanları sağaltdıqdan sonra işimi sevdim. 

- Deyirsiniz ki, o illərdə sizin hansı ixtisası istəməyinizin bir önəmi olmayıb.  Maraqlıdır, "Yusif, hansı peşəyə yiyələnmək istəyirsən" sualını versəydilər, nə cavab verərdiniz?

- (Gülür) Alpinist.   - Bəs, nə üçün öz istəyinizdən əl çəkdiniz?

- Bu istək baxdığım filmlərin təsirindən yaranmışdı. Çoxuşaqlı ailə olsaq da, uşaqlıqdan tək olmağı, tək qalmağı sevən biriyəm və düşünürdüm ki, yüksəklikdə də tək olacağam. Hətta, onu xəyal etmək, özünü zirvəyə dırmanan təsəvvür etmək belə, gözəl duyğudur. Amma o sənətə necə çatacağımı bilmirdim. Həmin dövrdə rayonda qalırdım və istədiyin hər şey haqqında məlumat əldə etmək elə də asan deyildi. Alpinist olmaq üçün hansı məktəbə getməli, hansı fənni oxumalı, kimə müraciət etməli olduğumu bilmirdim. Digər tərəfdən, evdəkilərin də təsiri var idi. Ona görə alpinistlik sadəcə bir istək olaraq qaldı.     - Tibb Universitetinə qəbul olmaqla İsmayıllıdan Bakıya gəlirsiniz və tələbəlik həyatı başlayır. O illəri necə xatırlayırsınız?

- Kənddə, kasıb ailədə böyümüşdüm, gəlib zəngin ailələrin uşaqları ilə eyni mühitə düşdüm. Bu, məni ilk dönəmlər kompleksə salırdı. Qrup yoldaşlarımla elə yaxın əlaqəm olmadı, qaynayıb-qarışan biri deyildim. Həmçinin, maddi təminat üçün işləməyə məcbur idim deyə, dərsdən sonra işə gedirdim. İlk vaxtlar bir klinikada, daha sonra Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzində işləyirdim. Dərsdən çıxıb Maştağaya gecə növbəsinə gedirdim. Ona görə elə də sosial biri deyildim. Amma son illərdə əsl dostlarımı tapdım. Onlarla gözəl vaxt keçirirdik.   - Həm işləyib, həm oxumaq çətin deyildi?

- Bilirsiniz, həmin dönəmdə insana fərqli güc, motivasiya gəlir. Sanki qarşına məqsəd qoyursan və ona çatmağa çalışırsan. Bu yolda nə qədər çətinliklərlə üzləşsən də, hamısı ilə başa çıxa bilirsən. Çünki bir missiyan, arzun var. İndi arada düşünürəm ki, o yolu bir də keçə bilərəmmi? Yox, keçə bilmərəm. Mümkün deyil. Məncə, bu, yaşla, psixologiya ilə bağlıdır.    - Azərbaycandakı tibb təhsiliniz pediatriya üzrədir. Nə üçün bu ixtisası davam etdirmədiniz, xaricdəki təhsilinizi ürək-damar cərrahlığı üzrə aldınız?

- İxtisas seçimi zamanı ilk sırada müalicə işi, ikinci isə pediatriyanı yazmışdım və balıma görə ora düşdüm. Düşdüyüm ilk gündən özümə söz verdim ki, necə olursa, olsun ixtisası dəyişəcəyəm. Pediatriyanı heç vaxt istəməmişəm. Hətta ikinci ixtisasımda da uşaqlarda ürək-damar cərrahlığını seçmə şansım olsa da, imtina etdim. Çünki qəti şəkildə bu sahəni istəmirdim.    - Maraqlıdır, bu qərarın alınma səbəbi nədir?

- Həkimlik bütün ixtisaslarda çətindir, amma mən uşaqların xəstəliklərini, onların acı çəkmələrini görməyə dözə bilmirəm, özümdən asılı deyil. Bununla bağlı heç də yaxşı olmayan bir xatirəm var. Türkiyədə təhsilə təzə başladığım vaxtlarda reanimasiyada xəstəliyi çox ağır olan balaca bir uşaq vardı. Təxminən 5 yaşındakı bu uşaq ürək əməliyyatı olmuşdu. Əməliyyat uğurla keçsə də, ağciyərlərində problem yarandı və necəsə uşaq öldü. O, öləndən sonra onun görüntüsü gözümün önündən getmirdi. Neçə gün durmadan ağlamışdım. Uşaqların ölümünü görmək çox ağır mənzərədir. Bu, qəti şəkildə qeyri-peşəkarlıq kimi qarşılanmasın. Hazırda da işim elə də asan deyil. Ürək-damar cərrahlığı özü kifayət qədər çətindir. Lakin mövzu uşaqlar olanda, həssaslaşıram. Həmçinin, valideynlərin uşaqları xəstə ikən yaşadıqları kədəri, gərginliyi görmək istəmirəm. Onları təsəvvür edəndə əlim, ayağım titrəyir, işləyə bilmirəm.

- Bir az da indiki işinizdən danışaq.

- Təhsilimi başa vurduqdan sonra İzmirdə xəstəxanada çalışmağa başladım. Amma bir müddət sonra İraqda işləyən bir dostum orada mütəxəssisə ehtiyac olduğunu deyib, məni ora dəvət etdi. Hazırda İraqın Kərbala şəhərində Əl-Kafil xəstəxanasında ürək-damar cərrahı olaraq çalışıram.   - Maraqlıdır, necə oldu ki, İzmirdəki işinizi qoyub, dəvəti qəbul edərək İraqa köçdünüz?

- Bəlkə də təsadüfdür, amma İraqdakı həyat mənə əvvəldən maraqlı gəlirdi. Bir dönəmlər İŞİD haqqında maraqlanırdım, onların fəaliyyətini izləyir, barələrində çəkilmiş filmlərə baxırdım. Həmişə, görəsən, gənclər niyə ora qoşulur, kənardan danışılan kimi doğrudan da qorxunc ölkədirmi deyə, beynimdə suallar vardı. Ona görə təklif gələndə, düşünmədən qəbul etdim.   - Artıq, yarım ildən çoxdur ki, orada işləyirsiniz, beyninizdəki suallara cavab tapa bilibsiniz, özünüzü necə hiss edirsiniz?

Londonda hücum zamanı 3 nəfər öldürülüb like
  • 20 Yan 05:04  
Dünya Londonda hücum zamanı 3 nəfər öldürülüb

​Londonda hücum zamanı 3 nəfər öldürülüb

arrow Ətraflı
Yunanıstanda tavernada atışma nəticəsində 2 nəfər ölüb like
  • 20 Yan 04:51  
Digərləri Yunanıstanda tavernada atışma nəticəsində 2 nəfər ölüb

Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gəl

arrow Ətraflı
Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik” like
  • 20 Yan 04:46  
Dünya Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik”

​Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik”

arrow Ətraflı
"Teodor Ruzvelt" Sakit okean bölgəsinə göndərilib like
  • 20 Yan 04:30  
Dünya "Teodor Ruzvelt" Sakit okean bölgəsinə göndərilib

ABŞ ordusuna məxsus "Teodor Ruzvelt" aviadaşıyıcısı (CVN-71) 6

arrow Ətraflı
Ağcabədidə tank əleyhinə mina tapılıb (FOTO) like
  • 20 Yan 03:41  
Digərləri Ağcabədidə tank əleyhinə mina tapılıb (FOTO)

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində 1 ədəd minanın t

arrow Ətraflı
Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb - FOTO like
  • 20 Yan 03:34  
Sosial Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb - FOTO

​Ağcabədidə tank əleyhinə minanın partladıcısı aşkarlanıb

arrow Ətraflı
Sumqayıtda 62 yaşlı kişi döyülüb like
  • 20 Yan 03:22  
Sosial Sumqayıtda 62 yaşlı kişi döyülüb

Sumqayıtda 62 yaşlı kişi döyülüb

arrow Ətraflı
Bakıda gənc döyulərək xəsarət alıb like
  • 20 Yan 02:43  
Sosial Bakıda gənc döyulərək xəsarət alıb

​Bakıda gənc döyulərək xəsarət alıb

arrow Ətraflı
NATO ilk havayer müşahidə dronunu təqdim edib like
  • 20 Yan 02:30  
Dünya NATO ilk havayer müşahidə dronunu təqdim edib

NATO-nun İtaliya şirkətinə sifariş etdiyi 5 hava-yer müşahidə dronunun i

arrow Ətraflı
Misirdə parlament seçkilərinin vaxtı açıqlanıb like
  • 20 Yan 02:16  
Digərləri Misirdə parlament seçkilərinin vaxtı açıqlanıb

Misirdə parlament seçkiləri bu ilin noyabr ayında keçiriləcək

arrow Ətraflı
Bakı-Quba yolunda baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb - FOTO - YENİLƏNİB like
  • 20 Yan 02:13  
Sosial Bakı-Quba yolunda baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb - FOTO - YENİLƏNİB

​Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya düşüb, xəsarət al

arrow Ətraflı
ABŞ-da atışma olub like
  • 20 Yan 01:55  
Dünya ABŞ-da atışma olub

Naməlum şəxs ABŞ-ın Oahu (Havay ştatı) adasının Qonolulu şəhərinin V

arrow Ətraflı
Bakı-Quba yolunda 3 təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var like
  • 20 Yan 01:33  
Sosial Bakı-Quba yolunda 3 təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var

​Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya düşüb, xəsarət al

arrow Ətraflı
Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar like
  • 20 Yan 01:19  
Digərləri Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandılar

Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Alla

arrow Ətraflı