Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik”


Dünya 20 Yan 2020 04:46:31 133 0

Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik”

​Tramp: “Rusiya və Çinin bizdən istifadə etmələrini istəmirik”

ABŞ prezidenti Donald Tramp əmindir ki, rəsmi Vaşinqtona Moskva və Pekinlə yaxşı münasibətləri dəstəkləmək sərfəlidir, ancaq başqa ölkələrə ABŞ-dan öz maraqları üçün istifadə etməyə yol vermək olmaz.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Texas ştatında ABŞ-ın aqrar sektorunun nümayəndələri qarşısında çıxışında deyib.

"Çinlə normal münasibətlərə malik olmaq - bu yaxşıdır və Rusiya ilə əla münasibətlərə malik olmaq yaxşıdır, necə ki, başqa ölkələrlə olduğu kimi. Amma istəmirik ki, bizdən öz maraqları üçün istifadə etsinlər", - ABŞ prezidenti deyib.