"Teodor Ruzvelt" Sakit okean bölgəsinə göndərilib


Dünya 20 Yan 2020 04:30:00 170 0

"Teodor Ruzvelt" Sakit okean bölgəsinə göndərilib

ABŞ ordusuna məxsus "Teodor Ruzvelt" aviadaşıyıcısı (CVN-71) 6 hərbi gəmi ilə birlikdə Hind-Sakit Okean Komandanlığı bölgəsinə yollanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, göyərtəsində müxtəlif döyüş təyyarələri olan aviadaşıyıcı regionda dəniz təhlükəsizliyini, regional tərəfdaş və müttəfiqlərlə birgə regional sabitliyi təmin etmək üçün bölgəyə göndərilib.