NATO ilk havayer müşahidə dronunu təqdim edib


Dünya 20 Yan 2020 02:30:00 108 0

NATO ilk havayer müşahidə dronunu təqdim edib

NATO-nun İtaliya şirkətinə sifariş etdiyi 5 hava-yer müşahidə dronunun ikisi artıq hazırdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pilotsuz uçan aparatların təqdimat mərasimində NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Mərasimdə çıxış edən baş katib bildirib ki, "RQ-4 Global Hawk" dronlarının bir variantı olan bu pilotsuz uçan aparatlar Afrikanın Sahel bölgəsində və Yaxın Şərqdə əməliyyatlara cəlb olunmaqla bərabər, həm də Avropa üçün nəzərdə tutulub.