ABŞ-da atışma olub


Dünya 20 Yan 2020 01:55:37 142 0

ABŞ-da atışma olub

Naməlum şəxs ABŞ-ın Oahu (Havay ştatı) adasının Qonolulu şəhərinin Vaykiki ərazisində atəş açıb

Naməlum şəxs ABŞ-ın Oahu (Havay ştatı) adasının Qonolulu şəhərinin Vaykiki ərazisində atəş açıb.

“Report”un məlumatına görə, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndəsi Derek Heysə istinadənCNNteleşirkəti bildirib.

"Biz Vaykikidə atəş açan şəxsə reaksiya veririk. Vəziyyət nəzarət altındadır", - FTB-nin nümayəndəsi deyib.

O, hadisə zamanı ölənlərin olub-olmamasını açıqlamayıb.

Öz növbəsindəQonolulu polisi özünün “Twitter” səhifəsində bir neçə küçənin bağlanması barədə bildirib.