İş müsahibələrində


Digərləri 19 Yan 2020 23:58:00 123 0

İş müsahibələrində

İşə qəbul olunmaq istəyi ilə müsahibəyə gedən gənclər çox vaxt öz seçdikləri iş ilə uyğun olmayan suallarla qarşılaşırlar. Hətta bu suallara görə həyəcanlanır, tərləyir və buna görə müəyyən problemlər yaşayırlar. Əziz gənclər, aşağıdakı siyahını oxuyub cavablarınızı hazırladığınız halda, özgüvən hissi ilə bütün iş müsahibələrinə hazır olacaqsınız.

1) Zəif tərəfləriniz nələrdir?

Son.az gencaile.az-a istinadən bildirir ki, bu sual müsahibələr arasında ən çətini sayılır. Bu zaman zəif cəhətlərinizi minimum şəkildə göstərib, güclü tərəflərinizə fokuslanın. Şəxsi xüsusiyyətlərinizdən deyil, peşəkar mənada sizə köməyi toxunan işlərinizdən bəhs edin. Məsələn: "Müəyyən qabiliyyətlərimi inkişaf etdirmək üçün daim öz üzərimdə çalışmışam, treninqlərdə iştirak etmişəm".

2) Nə üçün sizi işə götürməliyik?

"Son beş ildə maliyyə sahəsində özümü çox inkişaf etdirdim və çalışdığım firmaların gəlirlərini artırdım. Sizin firmanızda da böyük dəyişikliklər edə bilər və komandanızda möcüzələr yarada bilərəm".

3) Nə üçün burada çalışmaq istəyirsiniz?

İş görüşməsində qarşınızdakı insan sizdən yalnız CV-də olanları eşitmək istəməz. Məsələn: "İş prinsiplərimə uyğun gələn, çalışmaqdan zövq ala biləcəyim bir neçə firma var ki, siz bu siyahıda üstünlük təşkil edirsiniz" - kimi cavab daha təsirlidir.

4) Hədəfləriniz nələrdir?

Qısa vaxt ərzində planlaşdırdığın hədəflərindən bəhs etmək bu suala veriləcək ən gözəl cavabdır. Məsələn: "Hədəfim inkişaf edən firmada çalışmaqdır. Firmanın inkişafına görə, mənim də hədəflərimin miqyası dəyişə bilər".

5) Əvvəlki işinizdən nə üçün ayrıldınız?

Əgər işiniz yoxdursa, bu vəziyyəti müsbət hal kimi göstərməyə çalışın. Məsələn: "Çalışdığım firma işləyənlərin sayını üç dəfə azaltdı. İlk ikisində işdən çıxarılmadım, ancaq üçüncüsündə çox böyük bir qrupla birlikdə mən də işdən çıxarıldım".

Əgər hələ keçmiş işinizdən çıxarılmamısızsa, növbəti işdə nə üçün işləmək istədiyinizdən danışın. Məsələn: "İki il çalışdıqdan sonra təcrübəmi artırmaq istəyirəm. Həm öyrəndiklərimi paylaşmaq, həm də təcrübə toplamaq üçün sizinlə işləməyi qərara aldım".

6) Axırıncı dəfə nə vaxt işinizdən həzz almısınız?