Ərzaq israfının qarşısını necə almalı? –


Digərləri 19 Yan 2020 23:25:00 118 0

Ərzaq israfının qarşısını necə almalı? –

Yemək israfı insanlığın qaşısında duran əsas problemlərindən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır. Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.

Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.

Son.az gencaile.az-a istinadən bildirir ki, bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.

Amma siz bununla mübarizə apara bilərsiz.

DÜZGÜN ALIŞ-VERİŞ EDİN Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.

Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.

Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.

ƏRZAQLARI NECƏ SAXLAMAQ LAZIMDIR? Meyvə və tərəvəzlərin heç də hamısını soyuducuda saxlamaq lazım deyil. Ərzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.

Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil yeşiyinə atılır.

Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.

Göyərtini isə su dolu qabda saxlamaq olar.

Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.

Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.

Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.

YEMƏYİN QALANINI SOYUDUCUYA QOYUN Yeməyin artığı da faydalıdır.

Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa, həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın - ya o şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.

Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsız.

DONDURUCUNU UNUTMAYIN Meyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olarMeyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olar Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.