Vərəsəlik münasibətləri necə tənzimlənir?


Digərləri 19 Yan 2020 22:35:00 173 0

Vərəsəlik münasibətləri necə tənzimlənir?

Günümüzdə aktual olan məsələlərdən biri də vərəsəlik mövzusudur. Valideyn dünyasını dəyişdikdən sonra övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı əksər hallarda münaqişələr yaranır və uzun sürən məhkəmə çəkişmələrinə səbəb olur.

Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik münasibətləri 2 formada tənzimlənir: qanun üzrə və vəsiyyət üzrə vərəsəlik. Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə, o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur.

Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığıa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hətta nikahdankənar doğulmuş uşaqlar da ölmüş atanın vərəsəsi sayılırlar. Bir şərtlə ki, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş olsun. Birinci növbəli vərəsələr olmadıqda digər qohumlar vərəsə kimi tanına bilərlər. Lakin birinci növbəli vərəsələrdən birinin olması digər qohumların vərəsə kimi tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi sayıldığına görə onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər.

Image result for Vərəsəlik münasibətləri necə tənzimlənir?"

Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür. Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.