Uşaqlar və valideynlər Yeniyetmələrin evdən qaçma halları niyə artır?


Digərləri 19 Yan 2020 22:25:00 116 0

Uşaqlar və valideynlər  Yeniyetmələrin evdən qaçma halları niyə artır?

Son vaxtlar yeniyetmə qızların evdən qaçmasına tez-tez rast gəlinir. Əksər hallarda gənc qızlar sosial şəbəkələrdə tanış olduğu insanlarla qaçmağa üstünlük verirlər. Buna görə də valideynlər övladlarının kimlə ünsiyyətdə olması və vaxtını necə keçirməsi məsələlərində çox diqqətli olmalıdır. Sosial şəbəkələr əhalinin, xüsusən də gənc nəslin psixi sağlamlığına ciddi təhlükə yaradır", - hüquq-mühafizə orqanlarından bildirilib.

Mütəxəssislərin sözlərinə görə, təcrübə onu göstərir ki, ümumiyyətlə yeniyetmələr sosial şəbəkələrdə tanımadığı şəxslərlə tanış olurlar. Sonuncular müxtəlif vədlər vasitəsilə qızları evdən çıxarıb, sonra sadəcə istifadə edir və yeniyetmələrə qarşı müxtəlif cinayətlər törədir.

Bununla əlaqədar polis əməkdaşları narkomaniya, məişət zorakılığı və erkən nikahla mübarizə üçün profilaktik tədbirlər görürlər. Bunun üçün hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq məktəblərdə maarifləndirici tədbirlər keçirir, həm müəllimlər, həm də şagirdlərlə işləyirlər. Müəllimlər xüsusilə risk qrupuna daxil olan uşaqlara diqqət yetirməlidirlər.

Maarifləndirici tədbirlərin əsas məqsədi sağlam mühit və ailə dəyərlərinin qorunmasıdır.

Bu arada, məşhur psixiatr, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov sosial şəbəkələrin təhlükəli olduğunu, ancaq bunun heç də ailədəki qeyri-sağlam vəziyyətdən daha artıq təhlükə doğurmadığını bildirib.

"Sosial şəbəkələr təhlükəlidir? Bu sualı XX əsrin əvvəlində avtomobillərlə bağlı da vermək olardı. Bəli, təbii ki, təhlükəlidir. Ancaq bu gün maşınlarsız kim keçinə bilər? Eyni şeyi sosial şəbəkələr barəsində də demək olar - bu, dördüncü elmi-texniki inqilabın bir hissəsidir. Dünya kompüterləşir, sözügedən prosesi qəbul etməmək mümkündür, amma çətin ki, belə bir münasibət nəyisə dəyişdirsin.

Əgər belədirsə, onda niyə bütün uşaqlar valideynlərindən qaçmırlar? Evdən qaçmaqla bağlı istənilən halda yeniyetmələrin hərəkətlərinə təsir göstərən amillərin kombinasiyası mövcuddur", - psixiatr bildirib.