Bakıda keçirilən beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib


Digərləri 19 Yan 2020 20:38:48 124 0

Bakıda keçirilən beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

“Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib

Bakı. “Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 6-9 yaşlı karateçilərin kumite yarışlarının qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, 6 yaşlılarda Xəyal Göyüşov (15 kq), Yusif Quliyev (20 kq, hər ikisi Azərbaycan), Rustam Kovalçuk (25 kq, Ukrayna), Rəsul Əliyev (+25 kq, Rusiya), Sərvi Hüseynzadə (+25 kq, Azərbaycan), Katerina Çyuhasova (+20 kq, Ukrayna) birinci yeri tutublar. Yeddi yaşlı karateçilər arasında Atilay Əbdülkərim (+20 kq,) Osman Əlizadə (25 kq), İlkin Əliyev (30 kq, hamısı Azərbaycan), Davud Doliok (+30 kq, Ukrayna), Leyla Məmmədli (20 kq, Azərbaycan), Aramita Malikişasgol (25 kq, İran), Xədicə Qasımova (+25 kq, Azərbaycan) fəxri kürsünün ilk pilləsinə yüksəliblər. Səkkiz yaşlıların mübarizəsində İlia Gabrava (+25, Gürcüstan), Elməddin Səlimli (30 kq, Azərbaycan), Daniel Lypivski (35 kq, Ukrayna), Rafael Yusibov (35 kq), İlqarə Qurbanova (25 kq), Aysu Tarverdi (30 kq), Mədinə Kazımova (+30 kq, hamısı Azərbaycan) qalib olublar.