Çində güclü zəlzələ baş verib


Dünya 19 Yan 2020 20:02:00 189 0

Çində güclü zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla 21:27-də qeydə alınıb. Zəlzələnin episentri Szyaşi (Feyzabad) ərazisində, ocağı isə təxminən 16 km dərinlikdə yerləşib.

380 mindən çox insanın yaşadığı Szyaşidə xəsarət və ya dağıntı barədə məlumat verilməyib.