Ana südündə gizlənən möcüzəvi qüvvə


Digərləri 19 Yan 2020 19:55:00 169 0

Ana südündə gizlənən möcüzəvi qüvvə

Qurani-Kərim - Allahın kəlamı və ən üstün səma Kitabıdır ki, dünyaya nazil olmuşdur. Bu Kitabı cürətlə bəşərin ən kamil kitabı adlandırmaq olar. Bu kitabda dini, tərbiyəvi və əxlaqi tərbiyədən əlavə, çox sayda elmi sirlər də gizlənmişdir ki, inşəallah zühurdan sonra hamısı aşkar olacaqdır.

"Bəqərə" surəsində belə bir ayə vardır ki, buyurulur: "Analar öz övladlarına iki il tamam süd verməlidirlər. Bu (göstəriş), (körpənin) süd əmmə müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir).

Ata-ana (öz aralarındakı ixtilafa görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm də (atanın) varisin(in) öhdəsinədir (ki, əgər ata ölsə və miras həmin körpəyə qalsa, yuxarıda deyilən şərtlərlə ananın dolanışığı həmin maldan ödənilməlidir). İndi əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (nəzərdə tutulan zamandan qabaq körpəni) süddən ayırmaq istəsələr, onlara günah yoxdur.

Və əgər övladlarınıza süd vermək üçün dayə (tutmaq) istəsəniz, verməli olduğunuz şeyi yaxşılıqla və gözəl bir şəkildə ödəyəcəyiniz təqdirdə sizə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir". ("233).

Bu ayə buyurur ki, analar övladlarına iki il kamil şəkildə süd verməlidirlər. Əvvəl bu ayəyə baxanda, onun ancaq əhkami tərəfini görmək olur, ancaq əgər bir qədər təfəkkür etsək və diqqətlə baxsaq, görərik ki, ana südündə möcüzəvi bir qüvvə gizlənmişdir.

Bu günün inkişaf etmiş texnika və elmi nailiyyətləri onu göstərir ki, ana südü əvəzolunmaz bir qidadır ki, körpəni hər tərəfli təmin edir.

Heç bir süd bu südün yerini verə bilməz. Elm deyir ki, ana südünün faydaları vardır, o cümlədən:

1. Tənəffüs, sidik və qulaq iltihablarının qarşısını alır.

2. Ani ölümün qarşısını alır.

3. Dərk qabiliyyətini yüksəldir.

4. Diabet riskini azaldır.

5. Köklük riskini azaldır.

6. Allergiya həssaslığını azaldır.