Abortdan sonra hamiləlik olarmı?


Digərləri 19 Yan 2020 19:57:00 212 0

Abortdan sonra hamiləlik olarmı?

Hamiləlik abortdan nə qədər sonra baş verə bilər?

Abortdan sonra yaşanan hamiləlik zamanı ağırlaşmaların riski artır. Abort vaxtı uşaqlığın boyununda travmalar tez-tez olur, onun daxili qatı nazikləşir. Bu düşüyün təhlükəsinin səbəbi ola bilər. "analar.az" saytı məlumat verir ki, Doğuş zamanı isə bu uşaqlığın boyunu yırtılmalarına və doğuş bacarığına mənfi təsir edə bilər.

Abortun səbəblərindən asılı olmayaraq bədənin bərpasına vaxt tələb olunur. Həkimlər abortdan sonrakı 6 ay ərzində hamiləliyi planlaşdırmamağı məsləhət görürlər.

Abortdan sonra hamiləlik niyə qadağandır?

Hamiləlik - hormonal prossesdir və onun dayandırılması, yəni abort, hormonal sıradan çıxmaya gətirir. Qadında hormonal fonla və növbəti hamiləliyin saxlanılmasıyla bağlı problemlər yarana bilər. Bununla yanaşı, uşaqlığın daxili səthində çapıqlaşmalar gedir. Bu yaralar tamamilə yarım il sonra sağalır.

Əgər embrion sağalmayan çapığa yapışarsa o daha yavaş inkişaf edər. Çünki yara parçası embrionun qidalanmasına imkan verməyəcək.

Niyə abortdan sonra düşük təhlükəsi artır?