Gəlinlər üçün göz makiyajı edərkən nələrə diqqət etməli?


Digərləri 19 Yan 2020 19:27:00 154 0

Gəlinlər üçün göz makiyajı edərkən nələrə diqqət etməli?

Gəlin olmağa hazırlaşanlar bir neçə ay əvvəlcədən makiyajı və saçı barədə düşünməyə başlayırlar. Hər bir qadın bu gün çox gözəl görünmək istəyir və bunun üçün xeyli əvvəldən makiyaj ustası və salon axtarışına çıxır. Gəlin makiyajının daha yaxşı və cazibədar görünməsi üçün ən çox diqqət edilməli olan hissə gözlərdir.

1) Son.az gencaile.az-a istinadən bildirir ki, başlamazdan əvvəl mütləq göz bazası istifadə edilməlidir. Göz bazası edəcəyiniz göz makiyajının daha uzun müddət qalmasını təmin edir. Bundan əlavə makiyajın axmasının və yayılmasının qarşısını alır.

2) Göz kölgəsinin rənglərini seçərkən gəlinliyin rəngi nəzərə alınmalıdır. Yəni hansı rəngdə dümağ və ya şampan rəngində gəlinlik geyinəcəksinizsə, bu rənglərə uyğun tonlarda rəng kontrastı edilməlidir. Əgər bunu riskə almaq istəmirsinizsə, dumanlı göz makiyajından istifadə edin. Çünki bu cür makiyaj hər gəlinə və hər gəlinliyə yaraşan bir göz makiyajıdır.

3) Göz makiyajından sonra mütləq layner istifadə edin. Quyruqlu layner çəkmək istəmirsinizsə, layneri daha qısa və nazik çəkə və beləliklə də gözünüzün bütünlüyünü təmin etmiş olarsınız.

4) Taxma kirpik olmadan gəlin makiyajı olmaz. Xüsusilə şəkillərdə yaxşı görünmək və gözlərinizin ön planda olmasını istəyirsinizsə, mütləq taxma kirpikdən istifadə etməlisiniz.

5) Taxma kirpikdən əvvəl mütləq öz kirpiklərinizə də tuş çəkin. Bu nüans çox vaxt yaddan çıxarılır. Bu zaman öz kirpiklərinizlə taxma kirpik arasında fərq hiss olunur. Buna görə də taxma kirpikdən əvvəl öz kirpiklərinizə də tuş çəkməyi unutmayın.