Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb


Digərləri 19 Yan 2020 18:50:00 130 0

Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

Bakı. Elçin Mehdiyev - Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".MSK sədri bildirib ki, hazırda bu proses davam edir və rəqəmlər artacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin