Lordlar Palatası Londondan Yorka köçürülə bilər


Dünya 19 Yan 2020 18:28:00 128 0

Lordlar Palatası Londondan Yorka köçürülə bilər

Böyük Britaniyanın Baş Naziri Boris Conson  Lordlar Palatasının iclaslarının İngiltərənin şimalında keçirilməsini vacib sayır.

Son.az bildirir ki, APA-nın "The Sunday Times" nəşrinə istinadən verdiyi məlumata görə, bunu bu gün hakim Mühafizəkarlar Partiyasının sədri Ceyms Kleverli bildirib.

C. Kleverli deyib ki, bu, mümkündür və bu variantı araşdırırlar: "Biz  xalqa fərqli işlər görə bildiyimizi göstərmək istəyirik. Leyborist Partiyası milyonlarla səs itirib, çünki xalqın səsinə qulaq asmağı bacarmayıblar".

Qəzetin yazdığına görə, B. Conson bu həftə parlamentin yuxarı palatası olan Lordlar Palatasının Londondan Yorka köçürülməsi barədə tapşırıq verəcək. Əgər Lordlar Palatası Yorka köçürülsə, XVII əsrdə baş verən inqilabdan sonra York ölkənin siyasi həyatında mühüm rol oynamağa başlayacaq.