Müsavat Partiyasının rayon təşkilatının sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb


Siyasət 19 Yan 2020 18:02:00 129 0

Müsavat Partiyasının rayon təşkilatının sədrinin deputatlığa namizədliyi qeydə alınmayıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 110 saylı Zaqatala seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri Sultanov Saleh Zaur oğlunun müraciətinə baxılıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Deputatlığa namizədliyi irəli sürülən S. Sultanovun sənədləri zamanında təqdim edilmədiyi üçün MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Saleh Soltanov Zaqatala dairə seçki komissiyasının müxtəlif bəhanələrlə onun sənədlərini qəbul etmədiyini bildirib. Sosial şəbəkələrdə də bu məsələ ilə bağlı videolar yayılıb.  Təşkilat sədri problemlə əlaqədar Mərkəzi Seçki Komissiyasına teleqram vurub, həmçinin qurumun "Qaynar xətti"nə müraciət edib.