Bülənt Ecevitin xanımı Rahşan Ecevit dəfn edildi FOTO


Dünya 19 Yan 2020 18:09:00 133 0

Bülənt Ecevitin xanımı Rahşan Ecevit dəfn edildi  FOTO

Uzun illər Türkiyənin Baş Naziri olmuş mərhum Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit Ankarada dövlət məzarlığında dəfn edilib.

Son.az APA-ya istinadən bildirir ki, Bülənt Ecevitin məzarı açılıb və Rahşan Ecevitin nəşi eyni məzarda dəfn olunub.

Qeyd edək ki, 17 yanvar gecəsi vəfat edən 97 yaşlı Rahşan Ecevitin 60 il birgə ömür sürdüyü həyat yoldaşı ilə eyni məzarda dəfn edilməsi son vəsiyyətlərindən biri olub. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın təlimatı və Türkiyədə 5 aparıcı siyasi partiya rəhbərlərinin millət vəkilləriylə birgə müzakirələrindən sonra Rahşan Ecevitin dövlət məzarlığında dəfn edilməsinə qərar verilib.

Demokratik Sol Partiyası və  Demokratik Sol Xalq Partiyasının qurucusu, Türkiyə siyasi tarixində mühüm rol oynamaqla tanınan,  keçmiş millət vəkili, "Aşk" romanın müəllifi, şair, rəssam və yüksək səviyyədə ingiliscəsi olan xanım Ecevitin həyat yoldaşı Bülənt Ecevitin siyasi fəaliyyətindəki uğurlarında da böyük rolu olduğu bildirilir.

Rahşan Ecevit və Bülənt Ecevitin birgə nikahdan övladları olmayıb. Amma Ecevit ailəsi Türkiyədə ən nümunəvi, sədaqətli və sevgi təməli üzərində qurulmuş, siyasi mühitdə çox sayda tanınmış şəxsləri  yetişdirən bir ailə kimi tanınır.