Jurnalistlər canlı yayımda birbirini təhqir etdi: “Sizin kimi utanmazlar ...” VİDEO


Dünya 19 Yan 2020 16:24:00 116 0

Jurnalistlər canlı yayımda birbirini təhqir etdi: “Sizin kimi utanmazlar ...”  VİDEO

Məşhur türkiyəli jurnalistlər Nedim Şener və Sevilay Yılman, "Habertürk" kanalında yayımlanan "Eninə Uzuna" proqramının qonağı olublar.

Müzakirələr zamanı qəfildən studiyada qışqırıq səsləri ucalıb.

Son.az musavat.com-a istinadən bildirir ki, efirdə qonaq olan jurnalistlər bir-birini təhqir edib.

Proqramda söz alan Sevilay Yılman, 7 İyun 2015-ci seçkilərindən əvvəl HDP və Səlahəddin Dəmirtaşın inanılmaz bir performans sərgilədiyini ifadə edərək, həmişə istifadə etdikləri bir arqumentin olduğunu qeyd edib: "Biz bütün Türkiyədən səs istəyirik. Bu şüarla yola çıxan HDP, seçkilərdən yüzdə 14 faizdən çox səslə keçdilər. AK Partiya 7 iyun tarixində kürd xalqına qarşı çox acı bir dil istifadə etdi. HDP-yə səs verməyənlər belə bizə sığındı. 7 iyundan sonra yaşanan prosesdə Səlahəddin Dəmirtaşa "sənə verdiyim səs haram olsun" dedim. Kürdlər HDP-ni sığınacaqları bir liman kimi görürlər. Mən məsələyə xalqlar tərəfindən baxıram. Həll müddətini ən çox dəstəkləyən şəxslərdən biriyəm".

Sevilay Yılmanın həll prosesi ilə bağlı söylədiklərinə qəzəblənən Nedim Şener, "Sevilay Yılmanın mövqeyinə baxın, səhvin harada olduğunu görəcəksiniz" deyə çıxış edib: "Kürd toplumunu bu işə qatmaq lazım deyil. Ortada PKK deyə bir terror təşkilatı var. Sabah PKK-nın təşəbbüsü olmadan HDP bir iş görməyə çalışsa Allah qorusun, iki bomba partladaraq hər şeyi tərsinə çevirəcəklər. Əgər mən dəstəkləsəydim, küçəyə çıxa bilməzdim. Həll prosesini dəstəkləyənlər sizin kimi utanmazlardır".