Pompeo Berlində Çavuşoğlu ilə danışıqlar aparıb


Dünya 19 Yan 2020 15:52:50 135 0

Pompeo Berlində Çavuşoğlu ilə danışıqlar aparıb

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb

Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Almaniyada səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik” - deyə, o bildirib.

Today in #Berlin, Turkish Foreign Minister Cavusoglu and I discussed the #Libyan peace process. We agreed on the need for a formal ceasefire agreement and credible monitoring mechanism. pic.twitter.com/bXxnDckLYK

— Secretary Pompeo (@SecPompeo) 19 января 2020 г.