Zelenski aviaqəza qurbanlarının vida mərasimində VİDEO


Dünya 19 Yan 2020 15:31:00 113 0

Zelenski aviaqəza qurbanlarının vida mərasimində  VİDEO

Ukraynanın Kiyev vilayətində yerləşən "Borispol" Beynəlxalq Hava Limanında ölkənin hərbi-hava qüvvələrinə məxsus "İl-76" təyyarəsi eniş edib.

Son.az bildirir ki, qafqazinfo-nun "TASS"a istinadən məlumatına görə, hava gəmisinin göyərtəsində İranda aviqəza nəticəsində həlak olan 11 ukraynalının cəsədi var.

Cəsədlərdən doqquzu ekipaj üzvlərinə, digər ikisi isə sərnişinlərə məxsusdur.

Hava Limanında keçirilən vida mərasimində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş Nazir Aleksey Qonçaruk, Xarici İşlər Naziri Vadim Pristayko, Parlamentin spikeri Dmitri Razumkov və digər hökümət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, yanvarın 8-də Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər ölüb. Daha sonra təyyarənin səhvən İran tərəfindən vurulduğu məlum olub.