İranın Tibbi Ekspertiza Təşkilatı: 150 meyit təhvil verilib
Digərləri 19 Yan 2020 15:30:03 120 0
8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 150-i aidiyyəti üzrə ailələrinə təhvil verilib
Bakı. Elnur Bağışov -
8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 150-i aidiyyəti üzrə ailələrinə təhvil verilib.
Trend-in məlumatına görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının bununla əlaqədar yayımladığı məlumatda öz əksini tapıb.
Bildirilir ki, indiyədək həlak olanların 169-nun meyiti müəyyənləşib.
Məlumatda qeyd olunur ki, genetik profili Tehran tibbi ekspertiza idarəsinə göndərildiyi və ya yaxınları tibbi ekspertiza mərkəzlərinə müraciət etdiyinə görə, hadisə qurbanlarının kimliyi bəlli olub.
Mənbə: az.trend.az