İran XİNin rəsmisi Makrona 3 dildə cavab verdi FOTO


Dünya 19 Yan 2020 14:59:00 136 0

İran XİNin rəsmisi Makrona 3 dildə cavab verdi  FOTO

"İranın cənubunda yerləşən körfəzin bir adı var - Fars".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi Fransa Prezidenti Emmanuel Makronun tvitinə cavab olaraq yazıb.

O, fransız, ingilis və fars dillərində Makrona bu sözləri ünvanlayıb:

"Sizin körfəzdəki hərbi mövcudluğunuz istifadə etdiyiniz ad kimi səhvdir. Hər iki səhv ciddidir, lakin düzəldilə bilər".

Xatırladaq ki, yanvarın 17-də Fransa Prezidenti Emmanuel Makron daha əvvəlki tvitlərinin birində həmin körfəzi "Ərəb-Fars" adlandırmışdı.