BakıSumqayıt şossesində yolu keçən qadını avtomobil vurdu


Digərləri 19 Yan 2020 13:34:00 116 0

BakıSumqayıt şossesində yolu keçən qadını avtomobil vurdu

Bakı-Sumqayıt şossesində yolu keçən qadını avtomobil vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

1963-cü il təvəllüdlü İsmayılova Rəfiqə Qulam qızı piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.