“Netflix”dən dodaq uçuracaq yatırım


Digərləri 19 Yan 2020 13:21:00 119 0

“Netflix”dən dodaq uçuracaq yatırım

Tamaşaçıların rəğbətini qazanmağa davam edən "Netflix" yayım şirkəti bu il kontenti üçün dodaq uçuqladacaq vəsait ayırıb.

Son.az axşam.az-a istinadən bildirir ki, 2019-cu ildə 15,3 milyard dollar (təxminən 26 milyard 10 milyon manat) pul xərcləyən şirkət yatırımı daha da qaldırmaq qərarına gəlib.

Belə ki, "Netflix" rəqiblərinə meydan oxuyaraq, layihələri üçün 17,3 milyard dollar (təxminən 29 milyard manat) pul xərcləyəcək.

Qeyd edək ki, bu il üçün digər yayım şirkətləri "Disney" 1 milyard dollar, "HBO" isə 2 milyard dollar pul ayırıb.