Venesuelada elektrik enerjisinin və İnternetin kütləvi kəsilməsi baş verib


Digərləri 19 Yan 2020 13:17:30 124 0

Venesuelada elektrik enerjisinin və İnternetin kütləvi kəsilməsi baş verib

"Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib

Bakı. "Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib. Trend-in məlumatına görə, ümumilikdə, ölkənin 23 əyalətindən 16-sı elektrik enerjisinin kəsilməsi ilə üzləşib, bunlardan üçündə - Taçira (14%), Merida (23%) və Karabobo (45%) əyalətlərində elektrik enerjisinin verilməsi az hissədə bərpa olunub. Ölkədə elektrik enerjisinin kəsilməsi 5 əyalətdə İnternet bağlantısı ilə bağlı problemlərə səbəb olub. Müşahidəçilər və analitiklər Venesueladakı elektrik enerjisinin kəsilməsinin səbəblərinin avadanlıqların köhnəlməsi və infrastruktura az investisiya qoyulmasını hesab edirlər.