Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb


Dünya 19 Yan 2020 12:20:00 131 0

Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

​Əlcəzairdə iki avtobusun toqquşması nəticəsində 12 nəfər ölüb

Əlcəzairin cənub hissəsində iki avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 46-sı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “En-Nahar” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qəza Stıl şəhərində, ölkənin cənubundakı Əl-Ued və Biskra əyalətlərinin qovşağında baş verib.

Məlumatda bildirilib ki, yaralılardan beşi ağır vəziyyətdədir.