Çexiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb


Dünya 19 Yan 2020 12:01:00 117 0

Çexiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb

​Çexiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb

Çexiyanın qərbində Veyprti şəhərində qocalar evində baş verən yanğında 8 nəfər ölüb, dahayeddi nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “iRozhla” nəşri Səhiyyə nazirliyinin rəsmisi Prokop Volenikaya istinadən məlumat yayıb.

Qeyd olunub ki, yanğın səhər yerli vaxtla 6:00 da ((Bakı vaxtı ilə saat 09:00) baş verib.

Xəsarət alan üç nəfərin vəziyyəti ağırdır. Ümumilikdə isə qocalar evindən 29 nəfər təxliyə olunub.