Bakıda 36 yaşlı kişini bıçaqladılar


Kriminal 19 Yan 2020 12:02:00 137 0

Bakıda 36 yaşlı kişini bıçaqladılar

Bakının Nəsimi rayonunda şəhər sakini müəmmalı şəraitdə bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Mirəli Qaşqay küçəsi, 46 ünvanında baş verib.

1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın növbətçi həkimi Bəhram Zeynalovun APA-ya verdiyi məlumata görə, yaralı bıçaq xəsarətləri alıb.