Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı


Dünya 19 Yan 2020 12:08:00 117 0

Trampın Rusiya üzrə məsləhətçisi işdən kənarlaşdırıldı

ABŞ Prezidenti Donald Trampın Rusiya üzrə məsləhətçilərindən biri Endryi Pik vəzifəsindən kənarlaşdırılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə mənbələrinə istinadən "Axios" nəşri məlumat yayıb.

Bildirilir ki, bu, "təhlükəsizlik məsələləri üzrə" onunla əlaqədar araşdırmanın aparılması ilə bağlıdır. Başqa təfərrüatlar açıqlanmır.

Ağ Ev və Pik isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.