“Almanın kilosunu 40 qəpiyə verirəm, alan yoxdur…” Azərbaycanlılar meyvətərəvəzi niyə az yeyirlər:


Digərləri 19 Yan 2020 11:23:00 130 0

“Almanın kilosunu 40 qəpiyə verirəm, alan yoxdur…”  Azərbaycanlılar meyvətərəvəzi niyə az yeyirlər:

Azərbaycanlılar çox az meyvə-tərəvəz yeyirlər, baxmayaraq ki, ölkədə meyvə-tərəvəz boldur. Əvəzində isə duz istehlakı normanı keçir.

Bu haqda ötən ilin sonlarında Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyri-infeksion xəstəliklərinin artma səbəblərindən danışarkən bildirmişdi. ÜST-nın qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda də Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlərin olduğunu bildirib. Səbəblərdən biri isə əhalinin meyvə-tərəvəz yeməməsidir. 

"Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə-tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu, sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən və piylənmədən, ürək-damar xəstəliklərindən qoruyur. Hazırda qlobal miqyasda kənd yerlərində uşaqların piylənməsi daha çoxdur'', - Breda qeyd edib.

ÜST əməkdaşlarının Azərbaycanda qidalanma vəziyyətinə dair səsləndirdikləri göstərici Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sorğuları zamanı əldə edilib. Mərkəz əhalinin qidalanma vəziyyətini araşdırıb və sorğulardan da məlum olub ki, ölkədə yalnız 25 faiz gündə 400 qram meyvə-tərəvəz yeyir. 

"Orta məktəblərdə azyaşlılar arasında meyvə yeyənlərin sayı yuxarı sinif şagirdlərinə nisbətən yüksəkdir. Yəni yaş artdıqca faiz azalır", - sorğunun nəticələri belə deyir. Üstəlik meyvə-tərəvəz yeyənlərinin 25 faizə çatdırılması asan olmayıb, mərkəz mütəxəssisləri xüsusilə uşaq müəssisələrində təbliğatlar aparılıb, valideynlərə meyvə-tərəvəzin sağlamlıq üçün əhəmiyyəti başa salınıb. 

Son.az bildirir ki virtualaz.org əməkdaşları meyvə-tərəvəzin getdikcə qida rasionundakı payının azalması səbəbləri haqda alıcıları, satıcıları danışdırmaq üçün bazara yollanıblar. Bəlli olub ki, bazarlarda bolluqdur, mövsümə görə qiymətlər əlçatandır. Amma meyvə-tərəvəz alıcılarının sayı ildən-ilə aşağı düşür. 

Almanın kilosunu 40 qəpiyə veririk, alan yoxdur...

Bakının ən ucuz bazarı hesab edilən, xalq arasında "Vosmoy bazarı" kimi tanınan 8-ci kilometr ticarət mərkəzində almanın kilosu 40 qəpik-1 manat, portağal 1 manat 80 qəpik-2 manat 40 qəpik, banan 2 manat 20 qəpik, nar 1 manat-1 manat 70 qəpik, üzüm 2 manat, heyva 70 qəpik-1 manat, pomidor 70 qəpik, göyərtinin dəstəsi 10-20 qəpiyə  təklif edilir. Yəni ötən mövsüm bolluq olduğundan bazarlarda mer-meyvə elə də baha deyil. Satıcılar deyirlər ki, ucuzluq olsa da, meyvə alan azdır. 

Qubalı satıcı Səbuhi Əliyev deyir ki, almanın kiloqramını 25 qəpikdən  satır, amma yenə də alan yoxdur. Səhər saat 6-dan bazardadır, günortayadək cəmi 3 kilo alma sata bilib. 

Yaxınlıqdakı satıcı da söhbətə qatılır, deyir ki, gündəlik təlabat malları bahadır, ona görə də çoxlarının meyvə-tərəvəz almağa imkanı çatmır. Əvvəl kilo ilə meyvə alırdılarsa, indi dənə ilə istəyirlər: "Kartof, soğan məcburiyyətdən alınır. Biri mən,  düşünürəm ki, meyvə-tərəvəz almasam da olar".  

Satıcılardan biri isə belə deyir ki, bütün məsuliyyət valideynlərin üzərindədir. Hazır yeməklər, çərəzlər meyvə-tərəvəzi siyahıdan çıxarıb. Valideyn bir alma almağa pul tapmadığını deyir, amma mağazadan cipsi, suraxi alıb uşağına yedizdirir. 

Onu da öyrənirik ki, meyvə-tərəvəz satıcılarının əksəriyyəti alıcı qıtlığından şikayətçidir. Onların sözlərinə görə, yayda mürəbbə mövsümü olduğundan satış yaxşı gedir, indi vəziyyət daha pisdir. Yer haqqını çıxaranda sevinirlər. 

Həkim: Günah valideyndədir