Bakıda qaçırılan avtomobil tapıldı


Kriminal 19 Yan 2020 10:18:00 144 0

Bakıda qaçırılan avtomobil tapıldı

Yanvarın 18-də Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının çevikliyi nəticəsində Bülbülə qəsəbə sakini Rəşad Məmmədov tərəfindən qaçırılmış "69-BE-698" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil müəyyən edilərək saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, "Qara Qarayev" metrostaniyası yaxınlığından qaçırılan nəqliyyat vasitəsi Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb və ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.