Pompeo Liviya münaqişəsinə dair konfransda iştirak etmək üçün Berlinə gedib


Dünya 19 Yan 2020 09:52:00 133 0

Pompeo Liviya münaqişəsinə dair konfransda iştirak etmək üçün Berlinə gedib

ABŞ dövlət katibi Mayk Pompeo Liviyaya dair konfransda iştirak etmək üçün Berlinə səfər edib.

Son.az bildirir ki, Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, bu barədə M.Pompeo öz rəsmi "Twitter" səhifəsində yazıb.

Dövlət katibi qeyd edib ki, dünya liderləri və BMT rəsmiləri ilə söhbət edəcək. Həmçinin M.Pompeo "bu vacib təşəbbüsə rəhbərlik etdiyi üçün" Almaniyaya təşəkkür edib.

M.Pompeo bildirib ki, ABŞ-ın konfransla bağlı gözləntiləri "mülayimdir".