Yəmən ordusunun düşərgəsi raket atəşinə tutuldu:


Dünya 19 Yan 2020 09:19:00 127 0

Yəmən ordusunun düşərgəsi raket atəşinə tutuldu:

Yəmən ordusunun Mareb əyalətində yerləşən düşərgəsi raket atəşinə tutulub.

Son.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, raket atəşi nəticəsində 24 hərbçi həlak olub, 20-si isə yaralanıb.

Raketin ballistik olduğu iddia edilir.

Qeyd edilir ki, Ənsar Allah hərəkatı (husilər) hələki raket atəşinə görə məsuliyyəti öz üzərinə götürməyib.