İndoneziya sahillərində güclü zəlzələ olub


Dünya 19 Yan 2020 09:00:00 120 0

İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Son.az bildirir ki, Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Cayapura şəhərindən (Papua əyalətinin administrativ mərkəzi) 151 kilometr şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.